Qarabağ mövzusunda danışıqlara yalnız Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra başlamaq lazımdır.
Banker.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı müxalifət partiyasının parlament fraksiyasının iclasında deyib.
Türkiyəli siyasətçi vurğulayıb ki, Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır: “Azərbaycan torpaqları işğaldan azad edilmədən döyüşlərin və danışıqların dayandırılması cinayət sayılacaqdır.”
Baxçelinin fikrincə davam edən işğal fonunda İrəvanla danışıqlar Ermənistanın cinayətlərini qanuniləşdirəcəkdir.