9 C
Baku
Thursday, December 12, 2024

Kipr investisiya müqabilində vətəndaşlıq proqramını ləğv etdi

Kipr investisiya müqabilində vətəndaşlıq proqramını ləğv edib. Banker.az xəbər verir ki, bu barədə hökumətin rəsmi sözçüsü Kiriakos Kusios məlumat verib.

“Nazirlər Kabinetinin bu gün keçirilən fövqəladə iclasında maliyyə və daxili işlər nazirləri investisiya müqabilində vətəndaşlıq proqramını ləğv etmək təklifi irəli sürülüb. Təklif Kiprin investisiya proqramından sui-istifadə kimi uzunmüddətli çatışmazlıqlara əsaslanır. Qərar 2020-ci il 1 noyabr tarixində qüvvəyə minəcək”, – deyə Kusios jurnalistlərə bildirib.

Qeyd edək ki, qərar Qətərin “Əl-Cazirə” telekanalı tərəfindən məmurların, o cümlədən siyasətçilərin vətəndaşlıq vermə qaydalarındakı pozuntulara qarışması ilə bağlı istintaq filminin nümayişindən sonra verilib.

Son xəbərlər
Digər xəbərlər