Dünyada neft istehlakının artım dövrü 2030-cu ilədək başa çatacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) “World Energy Outlook 2020” (dünya enerji icmalı) hesabatında bildirilir.
“Dünyada neftə tələbatın artımı dövrü qarşıdakı 10 il ərzində başa çatacaq, amma iqtisadiyyatın hansı şəkildə bərpa olunacağı başlıca müəmmadır”, – hesabatda deyilir.
Hesabat müəllifləri neft bazarına dair qeyd etdikləri dörd senaridən ən əlverişlisinə görə belə tələbatın 2030-cu ilədək tələbatın sabitləşəcəyəini göstəriblər. Koronavirus pandemiyası uzanarsa, dünya boyu gündəlik neft istehlakı 100 milyon bareldən çox olmaz.
İEA bu məsələdə istehlakçı davranışının da mühüm olduğunu diqqətə çatdırıb: “Lokdaunlar nə qədər çox uzansa, istehlakçıların davranışı da bir o qədər çox dəyişir. Məsələn, evdən işləmək, təyyarəyə minməmək get-gedə daha geniş yayılır”. Digər tərəfdən, insanların ictimai nəqliyyata daha az minməsi, yolsuzluq avtomobillərə meylin artması, köhnə avtomobilləri daha çox işlətmək kimi meyllərin əksinə, neftə tələbatı dəstəklədiyi qeyd olunur.
İEA-nın hesabatındakı təməl ssenari (Stated Policies Scenario) 2021-ci ildə koronavirus pandemiyasının nəzarətə götürüləcəyinə əsaslanır. Belə olan halda neftə tələbat gündəlik 5 milyon barel artaraq 2023-cü ildə böhrandan əvvəlki səviyyəyə çatacaq.
Bununla yanaşı, inkişaf etmiş ölkələrdə neftə tələbatın pik nöqtəsi 2005-ci ildə qeydə alınıb və hazırda azalmağa doğru gedir. Belə ki, Avropa İttifaqı ölkələrində 2030-cu ilədək neftə tələbat 2019-cu ilə nisbətən 5 milyon barel az olacaq. Digər tərəfdən, inkişaf edən ölkələrdə isə eyni müddət ərzində 9 milyon barel artacaq.
Koronavirusa qarşı mübarizə uzanarsa (Delayed Recovery Scenario), neft istehlakı yalnız 2027-ci ildə böhrandan əvvəlki səviyyəyə çatacaq.
Karbon qazı tullantılarının 2050-cui ilədək sıfırlanacağı senariyə (Net Zero Emissions by 2050 Case) görə isə 2019-cu ildən 2030-cu ilədək gündəlik tələbat 98 milyon bareldən 65 milyon barelədək azalacaq.