2020-ci ildə Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və neftin qiymətlərinin ucuzlaşması fonunda 4,2 faiz azalacaq.
Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında deyilir.
Hesabata əsasən, bu göstərici 2020-ci ilin iyununda proqnozlaşdırılan göstəricidən 1,6 faiz bəndi çoxdur. Dünya Bankı növbəti iki il ərzində iqtisadiyyatın artımını gözləyir.
Proqnoza əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9 faiz artacaq.
Ən pis halda artımın 1,1 faiz həcmində olması gözlənilir.