Qırğızıstan parlamenti Sadır Japarovun baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib.
Bu barədə Banker.az “Ria.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, Japarovun namizədliyi palatanın səsverməsinə çıxarılacaq.
Parlamentin spikeri Kanat İsayevin jurnalistlərə verdiyi məlumata görə, iclasda 80-a yaxın deputat iştirak edir. “Bugünkü qərarların qanuniliyinə şübhə olmamalıdır”, – spiker söyləyib.
Xatırladaq ki, oktyabrın 10-u Qırğızıstan parlamenti Japarovun baş nazir vəzifəsinə namizədliyini, kabinetin quruluşunu və tərkibini təsdiqləyib. Lakin prezident onu geri göndərib. Oktyabrın 14-ü Nazirlər Kabinetinin tərkibinə yenidən baxılacaq.