5 C
Baku
Saturday, December 14, 2024

BVF: Ermənistan iqtisadiyyatı bu il 4,5% azalacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistan üzrə verdiyi yeni proqnoza əsasən, 2020-ci ildə bu ölkədə ÜDM istehsalı 4,5% azalacaq. Halbuki Fondun əvvəlki proqnozunda (aprel ayında dərc olunan – red.) Fond Ermənistan iqtisadiyyatının cəmi 1,5% azalacağı proqnozlaşdırılırdı.

Bu barədə BVF-nin “World Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir.

Hesabatda qeyd olunub ki, gələn il Ermənistan iqtisadiyyatı 3,5% artacaq. Lakin bu, əvvəlki proqnozla müqayisədə 1,3 faiz bəndi azdır.

Bu il inflyasiyanın ölkədə 0,9%-dək yavaşlayacağını proqnozlaşdıran Fond, gələn il Ermənistanda qiymət artımının 2% təşkil edəcəyin gözləyir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər