Paşinyan zənn edir ki, böyük dövlətlər onun yerinə vuruşacaq, onu müdafiə edəcəklər.
Banker.az xəbər verir ki, bu sözləri İlham Əliyev “Haber Türk”ə açıqlamasında bildirib.
Onların mülki insanlara hədəfə alması Azərbaycan xalqını hiddətləndirir. Biz bunun acısını döyüş meydanında göstəririk. Azərbaycan əsgəri göstərir ki, kim haqlıdı, kim haqsız.
Mən Paşinyana bildirmişdim ki, bu yol sizi fəlakətə aparacaq. Artıq onlar qeyri-adekvat duruma düşdülər.