6 C
Baku
Sunday, December 15, 2024

“Beynəlxalq ictimaiyyət Ermənistanın müharibə cinayətlərinə kifayət qədər reaksiya vermir”

“Təəssüflər olsun ki, Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ictimaiyyətin kifayət qədər reaksiyası yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz”.

Bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

O qeyd edib ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır: “Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülhlə də olmasa, Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad edəcək”. 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər