6 C
Baku
Sunday, December 15, 2024

Araz Ağalarov: “Bizneslə məşğul olmaq çətinləşir”

“Qərbin Rusiyaya qarşı sanskiyaları ölkədə biznesə mənfi təsir edir”.

Bunu “Vestikavkaz.ru”ya açıqlamasında “Krokus Qrup” (Crocus Group) Şirkətlər qrupunun prezidenti Araz Ağalarov deyib. O, Rusiyaya qarşı sanksiyaların pis olduğunu bildirib:

“Sanksiyalar həmişə pisdir. Bu iqtisadi zərərdən əlavə, insanlara psixoloji təsir də edir. Rusiyada beynəlxalq müqavilələr üzrə ödənişlər çətinləşib. Təbii ki, bu bütövlükdə ölkədə iqtisadi vəziyyətə mənfi təsir edir. Həmçinin, dolların kursu artır və bunun nəticəsində rublun məzənnəsi aşağı düşür. Dolayısı ilə bu insanlara psixoloji təsir edir və onlar rubldan dollara doğru üz tuturlar”.

Araz Ağalarov Rusiyada bizneslə məşğul olmağın getdikcə daha da çətinləşdiyini deyib.

Axar.az

Son xəbərlər
Digər xəbərlər