2020-ci ilin sentyabrında Azərbaycanın dövlət büdcəsinə gömrükdən daxilolmalar öncəki ayla müqayisədə 24.67 mln. manat və ya 8.6% artıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Cari ilin sentyabr ayında 309.93 mln. manat cəmi gömrükdən daxilolmalar olub. Bu isə ilin ilk 3 rübü ərzində 2 955.23 mln. (2.95 mlrd.) manatlıq gömrükdən büdcəyə daxilolma olub.
Bunun 93.33 mln. manatı gömrük rüsumundan, 199.81 mln. manatı ƏDV-dən, 13.44 mln. manatı aksizlərdən və 3.54 mln. manatı isə yol vergisindən olan daxilolmalar təşkil edib.






