Azərbaycanın bu il avtomobil yanacağı satışından 1 milyard 502 milyon manatlıq gəliri olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 1 milyard 502.2 milyon manat gəlir əldə olunub. 2019-cu ilin 9 ayında isə avtomobil yanacağından 1 milyard 515.3 milyon manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 0.9% azdır.

Onu da qeyd edək ki, cari ilin yanvar-oktyabr ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 1 milyard 331 milyon manat gəlir əldə olunmuşdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər