9 C
Baku
Thursday, December 12, 2024

Energetika Nazirliyi Xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırıb

Energetika nazirinin həmsədr olduğu Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İtaliya, Ukrayna, Qazaxıstan və Vyetnam arasında hökumətlərarası komissiyaların qarşı tərəflə həmsədirləri Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə məlumatlandırıb.

Bu barədə “Banker.az”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xarici tərəfdaşlar Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, həmçinin strateji əhəmiyyətli enerji infrastrukturu obyetktlərinin hədəfə alınması barədə məlumatlandırılıb.

Son xəbərlər
Digər xəbərlər