10 C
Baku
Thursday, December 12, 2024

Koronavirusa görə dövlətdən bu sahibkarlara kredit faizində böyük güzəşt gəlir: NK-dən qərar

“Koronavirus(COVID-19)  pandemiyasının  ölkə  iqtisadiyyatına mənfi  təsirinin  azaldılması  üçün  sahibkarlıq  subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il .9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqınd qərar qəbul edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sənədi imzalayıb.

Ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, bu Qaydanın 3.1-ci, 3.4-cü, 3.5-ci, 3.6-cı, 3.8-ci və 5.6-cı bəndlərinin, 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərinin tələbləri nəzərə alınmadan zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 12 ay üçün hesablanan faizlərə subsidiya veriləcək. Qeyd edək ki, buna qədər, 6 ay üçün hesablanırdı.

İkinci dəyişiklik isə faizlərlə bağlı olub. Belə ki, həmin Qaydanın 3.3-cü bəndinin birinci cümləsinə “10 (on) faiz”  sözlərindən  sonra  “,  ərzaqlıq  buğda  təchizatçılarına  münasi-bətdə  15  (on  beş) faiz”  sözləri,  ikinci cümləsinə  “10  (on) faizdən” sözlərindən sonra “, ərzaqlıq buğda təchizatçılarına münasibətdə isə 15 (on beş) faizdən” sözləri əlavə edilib.


  1. Faiz subsidiyasının verilməsi şərtləri

3.1. Faiz subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir.

3.2. Ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, bu Qaydanın 3.1-ci, 3.4-cü, 3.5-ci, 3.6-cı, 3.8-ci və 5.6-cı bəndlərinin, 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərinin tələbləri nəzərə alınmadan zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 12 (on iki) ay üçün hesablanan faizlərə subsidiya verilir.

3.3. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 (on) faiz bəndi miqdarında verilir. Faiz dərəcəsi 10 (on) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilir.

3.4. Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.

3.5. Kredit öhdəliyinin qalan müddəti 12 (on iki) aydan az olarsa, faiz subsidiyası kredit öhdəliyinin icra müddətinin sonuna qədər verilir.

3.6. Faiz subsidiyası 2020-ci il 10 mart tarixinə qalıq məbləği 5 (beş) milyon manat və ondan az olan kreditlərə verilir.

3.7. Faiz subsidiyası aşağıdakı hallarda verilmir:

3.7.1. 2020-ci il 10 mart tarixindən sonra kredit müqaviləsi bağlanıldıqda;

3.7.2. sahibkarlıq subyektinin kredit hesabatına əsasən 2020-ci il 10 mart tarixinə subsidiya üçün müraciət etdiyi kredit müqaviləsi üzrə 60 (altmış) gündən artıq gecikməsi olduqda;

3.7.3. sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

3.8. Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.

 

Son xəbərlər
Digər xəbərlər