2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52 milyard 074.0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.9 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. Bu isə öncəki ayda 3% təşkil edirdi. Banker.az bu barədə AzStatKom-a istinadən xəbər verir.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2.4 faiz, neft-qaz sektorunda isə 6.4 faiz azalmışdır.
ÜDM istehsalının 34.7 faizi sənaye, 11.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.3 faizi tikinti, 2.0 faizi informasiya və rabitə, 1.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19.1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.2 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 222.5 manata bərabər olmuşdur.
Qeyd edək ki, hökumət bu il və gələn il üçün 3 ssenari üzrə iqtisadi proqnoz verib.
Məsələn, hökumətin hazırkı proqnozuna əsasən baza, 40 $/barel ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3.7 faiz az olmaqla 70.9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2.9 faiz az olmaqla 50.4 mlrd. manat həcmində proqnozlaşdırılır.
Yox, əgər, “qara qızıl” qiymətində 5 dollar daha ucuz, yəni 35$/barel səviyyəsində ticarət olunarsa, o zaman, iqtisadiyyatımızın resessiyasının (iqtisadiyatın kiçilməsi) 4.3% yüksəlməsi qaçılmazıdır. Məlumat kimi bildirək ki, bu rəqəm son 10 ildə rastalmadğımız bir resessiyadır.







