Azərbaycan əhalisinin sayı 10 milyon 108.1 min nəfər olub.
Banker.az AzStatKom-a istinadən xəbər verir ki, bu 1 sentyabr 2020-ci ilə olan rəqəmlərdə qeyd edilir.
Bu isə illik müqayisədə 0.7% demoqrafik artımın olması deməkdir.
Əhalinin nominal gəlirlərinin həcmi yanvar-sentyabr ayları ərzində isə 41 milyard 609 milyon manat təşkil edib. Bu da öncəki illə müqayisədə 0.9 faiz azalması deməkdir. Hər adama düşən nominal gəlirin həcmi isə 4 173 manat olub, illik müqayisədə 1.7 faiz az olması deməkdir.