Pis geyinin və sizin geyiminizi yadda saxlayacaqlar, qüsursuz geyinin və onlar qadını daim xatırlayacaqlar.
Əvəzedilməz olmaq üçün, hər zaman müxtəlif olmaq lazımdır.
20 yaşında sahib olduğunuz simanı sizə təbiət verir. 30 yaşında olduğunuz sahib olduğunuz simanı sizə həyat qazandırır. Lakin 50 yaşında sahib olduğunuz sima layiq olduğunuz simadır.
Moda keçici, tərz qalıcıdır.
- Moda artıq zarafata çevrilib. Dizaynerlər libasın içərisində bir qadının olduğunu unudurlar. Qadınların bir çoxu kişilər üçün geyinir və istəyirlər ki, onlara heyrana olsunlar. Lakin onlar bununla yanaşı həmçinin geydikləri libasın içərisində rahat hərəkət etmək iqtidarında olmalı və maşına libasını parçalamadan da əyləşməyi bacarmalıdır. Geyim rahat olmalıdır.
- Gözəlliyə qulluq etməyə ürəkdən başlamaq lazımdır. Əks təqdirdə heç bir kosmetika kömək etməyəcək.
- Cansıxıcılıq və monotonluq üçün heç bir vaxt yoxdur. Yalnız iş və sevgi üçün zaman var.
- Əgər bir insan bütün qadınlar barədə pis danışırsa, bir qayda olaraq, bu o deməkdir ki, o bu qadınların biri tərəfindən külə çevrilib.
- Bəziləri dəbdəbənin yoxsulluğa qarşı olduğunu düşünürlər. Bu belə deyil. Bu sadəcə vulqarlığın əksidir.