6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanın neft-qaz sektorunda çalışan işçilərin sayı azaldılıb, əmək haqları artırılıb

Azərbaycanda 2020-ci ilin 1 sentyabr 2020-ci il tarixinə olan göstəriciyə görə, dövlət və özəl neft-qaz sektorunda çalışan işçi sayı məlum olub. 

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda 34 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 636.9 min nәfәr çalışıb.

Ötən ilin eyni dövründə isə iqtisadiyyatın neft-qaz sektorunda 34.7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1576,4 min nəfər çalışıb. Belə ki, illik müqayisədə neft-qaz sektorunda çalışan işçilərin sayı 700 nəfər və yaxud 2% azalıb, qeyri neft-qaz sektorunda çalışanların sayı isə 4% artıb.

2020-ci ilin yanvar-avqust aylarında əmәkhaqqı neft-qaz sektorunda 3 443.8 manat,
qeyri neft-qaz sektorunda 650.9 manat tәşkil edib. 2019-cu ilin müvafiq dövründə isə əməkhaqqı neft-qaz sektorunda 3 073.7 manat, qeyri neft-qaz sektorunda 532.9 manat təşkil etmişdir. Neft-qaz  sektorunda çalışan işçilərin əməkhaqları 370.1 manat, qeyri-neft qaz sektorunda isə işçilərin əməkhaqları 118 manat artıb.

Son xəbərlər
Digər xəbərlər