6 C
Baku
Sunday, December 15, 2024

Bu il Gürcüstan Azərbaycanla ticarət dövriyyəsini 12 faiz azaldıb

Gürcüstan Azərbaycanla ticarət dövriyyəsini azaldıb. Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin həcmi 670.05 mln. dollar olub, bu da 12 faiz azalma deməkdir.

Bu barədə Banker.az Gürcüstanın Milli Statistika İdarəsinə istinadən bildirir.

Ölkə ümumlikdə ilin ilk 3 rübü ərzində xaricə 2 403 mln. dollar həcmində məhsul ixrac edib, bu öncəki illə müqayisədə 12.1 faiz azalmadır.

Bu ölkənin Çindən sonra ikinci ən böyük məhsul satdığı ölkə Azərbaycan olub. Gürcüstan Azərbaycana 327.83 mln. dollar həcmində məhsul ixrac edib. Bu isə öncəki illə müqayisədə 6.3% azalma deməkdir. Bununla belə, ixrac payına görə, Rusiyanın payı 16.2 faiz azalıb. Ümumi ixracda Rusiyanın payı son bir ildə 13.6%-dən 12.8%-ə düşüb. Azərbaycanın isə payı 13.6%-dir.

r3423

Ermənistana Gürcüstandan ixrac olunan məhsulun həcmi daha kəskin azalıb. Belə ki, ilin yanvar-sentyabr ayları ərzində 139.14 mln. dollar məhsul ixrac olunub, bu öncəki illə müqayisədə 49.3 faizlik enişdir.

İdxalın həcmi ilin ilk üç rübü ərzində 5 717.58 mln. dollar olmaqla öncəki illə müqayisədə  15.9% azalıb.

İdxala görə ilk pillədə Türkiyə, Rusiya, ABŞ və Azərbaycan ilk pillələrdədir. Lakin, Qafqaz ölkəsi Azərbaycanda idxalı 14.3% azaldaraq 342.18 mln. dollara qədər düşürdüb.

Lakin, Ermənistsandan idxal etdiyi məhsulların həcmini isə 60.8% artırmaqla 203.02 mln. manata çatdırıb.

Gürcüstanın Azərbaycandan idxalın azalmasına əsas səbəb enerji təchizatın (əsasən qaz və elektrik enerjisinin) azalması ilə əlaqələndirmək olar.837676

Son xəbərlər
Digər xəbərlər