-1 C
Baku
Sunday, December 15, 2024

Sentyabrda Azərbaycanda pomidor ixracı kəskin azalıb

2020-ci ilin 9 ayı ərzində Azərbaycandan 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında pomidor ixracı miqdar ifadəsi ilə 15.5%, məbləğ ifadəsi ilə 18% artıb.

2019-cu ilin 9 ayında Azərbaycandan 142 milyon 291 min dollar dəyərində 134 min 148 ton pomidor ixrac edilmişdi.

Sentyabrda Azərbaycandan pomidor ixracı azalıb. Sentyabrda xaricə cəmi 763 min dollar dəyərində 860 ton pomidor ixrac edlib.

2020-ci ilin 8 ayı ərzində Azərbaycandan 167 milyon 39 min dollar dəyərində 154 min 120 ton pomidor ixrac edilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər