10 C
Baku
Thursday, December 12, 2024

Poçtla gətirilən yüklərin həcmi 100 qat artdı: Gömrük

Azərbaycanda 2020-ci il ərzində yükdaşımaların pay bölgüsündə mühüm dəyişikliklər baş verib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinin 2020-ci ilin yanvar-sentyabr aylarına olan statistik göstəricilərində deyilir.

2020-ci ilin ilk 3 rübü ərzində Azərbaycandan xaricə  32 274.64 min ton həcmində yük daşınıb, xaricdən Azərbaycana isə   5 871.89 min ton həcmində yük nəqliyyat vasitəsi ilə gətirilib.

Yükdaşımalarda ixracda 2.6% və idxalda isə 18.9% azalma olmuşdur.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin ilk 9 ayı ərzində stasionar nəqletmə vasitələri ilə 29 439.85 min ton (2.4% azalma) həcmində,  dəniz nəqliyyatı 213.69 min ton (-13.0%), dəmir yolu nəqliyyatı 1 600.83 min ton (-4.1%), avtomobil nəqliyyatı 980.23 min ton (-1.2%) və hava nəqliyyatı ilə isə 39.93 min ton (-35.1%) yük xaricə daşınıb. İxracda ən çox artım isə poçt göndərişi daşınan yüklərdir. Cari il ərzində poçtla xaricə daşınan yüklərin həcmi  8.74 ton təşkil edib, bu isə 218 dəfə artıb.

İdxalda isə dəniz nəqliyyatı 444.91 min ton (-50.1%), dəmir yolu nəqliyyatı 3 624.20 min ton (0.9%), avtomobil nəqliyyatı 1 724.42 min ton (2.4%), hava nəqliyyatı 7.82 min ton (-25.7%), stasionar nəqletmə vasitələri ilə isə 42,675.06 ton (-95.8%) yük xaricdən gətirilib. Eyni ilə poçt göndərişi idxalda da böyük bir artımla böyüyüb. Belə ki, ilin ilk 9 ayı ərzində Azərbaycana xaricdən 211.39 ton məhsul gətirilib, bu isə son bir il ərzində 100 dəfə artıma nail olması deməkdir.

23322323

Son xəbərlər
Digər xəbərlər