7 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən bahalı geyim brendi açıqlanıb

2020-ci ildə dünyanın ən bahalı geyim brendi “Nike” seçilib.

Lenta.ru xəbər verir ki, bunu “Interbrand” konsaltinq agentliyinin tədqiqat məlumatları sübut edir.

Məlumata əsasən, brend 34.3 milyard dollar dəyərində qiymətləndirilib.

Analitiklərin hesablamalarına görə, “Nike” 2019-cu ilə nisbətən bu il 6 faiz bahalaşıb. Marka dünyanın ən bahalı şirkətlərinin ümumi reytinqində bir pillə yuxarı irəliləyə və 15-ci yeri tuta bilib. Bir pillə aşağıda dəyəri 2020-ci ildə, əksinə, 2 faiz azalan fransız moda evi “Louis Vuitton” (17-ci yer) qərarlaşıb.

Daha sonra moda və lüks əşyalar kateqoriyalarında 21.2 milyard dollar dəyərində lüks marka “Chanel” gəlir. Son seqmentin beş lideri arasında keçən ilki mövqesində qalan (28-ci yer) Fransız moda evi “Hermes” və dəyəri 2 faiz ucuzlaşaraq 15,6 milyard dollara düşən və 32-ci sırada yer alan İtalyan istehsalçısı “Gucci” yer alıblar.

Bundan əlavə, “Zara” və “H&M” (35 və 37-ci yerlər) kütləvi bazar şəbəkələri də dünyanın ən bahalı şirkətlərinin reytinqinə daxil edilib.

İdman malları istehsalçısı “Adidas” 50-ci, lüks markalar “Dior” və “Prada” 83 və 99-cu yerdə qərarlaşıblar.

MənbəTrend.az
Son xəbərlər
Digər xəbərlər