2020-ci ilin ilk 9 ayında Azərbaycana Rusiyadan 1 milyard 439 milyon 391 min dollarlıq mallar idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 166 milyon 20 min dollar azdır. 2019-cu ilin eyni aylarında isə Rusiyadan 1 milyard 605 milyon 411 min dollarlıq idxal həyata keçirilmişdi.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycandan Rusiyaya ixrac 628 min dollar artıb. Ötən ilin yanvar-sentyabr aylarında Rusiyaya ixracın məbləği 499 milyon 151 min dollar ikən, 2020-ci ilin yanvar-sentyabr aylarında 499 milyon 779 min dollar təşkil edib.