1 C
Baku
Saturday, December 14, 2024

Saakaşvili seçkilərdən sonra İvanişvili barədə planını açıqladı

Gürcüstanın sabiq prezidenti, Mikeil Saakaşvili 31 oktyabr seçkilərindən sonra, “Gürcü Arzusu”nun rəhbəri, Bidzina İvanişvili barəsində planını açıqlayıb.

Banker.az xəbər verir ki, sabiq prezident, Bidzina İvanişvilini seçkilərdən sonra, xüsusi reyslə Moskvaya göndərmək fikrində olduğunu bildirib.

“Onlar artıq deyiblər ki, Gürcüstanı tərk etmək niyyətindədilər. Bildirmək istəyirəm ki, İvanişvilinin istədiyi kimi, seçkilərdən sonra milyonlarla insan Gürcüstanı tərk etməyəcək. Gürcüstanı sadəcə 1 nəfər (Bidzina İvanişvili) tərk edəcək. Bir günlük Corvilidən (İvanişvilinin doğulduğu kənd) Moskvaya tək gedişli bir reys açacağıq ki, o öz sahibi olan Gazproma getsin və Gürcüstan vətəndaşlarının yaxasını buraxsın. Mənim əzizlərim, siz gördünüz ki, Gürcüstanın mütləq əksəriyyəti bizi dəstəkləyir. Bildirmək istəyirəm ki, bizi və Gürcüstanı xilas etməkdən cəmi 11 gün ayırır”,- deyə M. Saakaşvili bildirib.

Mikeil Saakaşvili – Gürcüstan Respublikasının 3-cü prezidenti kimi, 25 yanvar 2004-25 noyabr 2007 və 20 yanvar 2008-17 noyabr 2013-ə qədər işləmişdir. 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar 2004-cü ildə prezident səçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının Prezidenti seçilmişdir. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanmışdır. Hazırda Ukraynanın İcra İslahatı Komitəsinin rəhbəri kimi çalışır.

Son xəbərlər
Digər xəbərlər