15 C
Baku
Sunday, November 24, 2024

Kredit üzrə aylıq ödənişin Excel-də hesablanması

Müəllif: Samir Məstəliyev, baş redaktor

İndiki zamanda demək olarki hər kəsin krediti vardır. Bəzən ya krediti götürməmişdən öncə və ya krediti götürdükdən sonra çoxumuzda belə bir sual yaranırki, mənim real aylıq ödənişim nə qədər olmalıdır? Sirr deyilki, bəzən hətta bank sistemlərində texniki xəta üzündən sizin ödənişinizin səhv hesablanması ehtimalı vardır . Kreditinin aylıq ödənişinin kağız üstündə hesablanması kifayət qədər çətin işdir. Bunun bir neçə səbəbi vardır:

  • Kreditin ayıq məbləği hesablanan zaman nəzərə alınmalıdırki kreditin əsas məbləği seçilən zaman hesablanmış faizlə topladıqda cəm hər ay üçün təxminən eyni olsun (annuitetin şərti belədir)
  • Bu kifayət qədər vaxt aparan prosesdir. Çünki hər ay üçün faiz aşağı düstura uyğun hesablandıqdan sonra, əsas məbləğ müvafiq olaraq ödəndikcə azaldılmalıdır (düsturdada hər dəfə azalmış əsas məbləğdən istifadə olunmalıdır).

formula

Beləliklə, keçək mətləbə.

Excel-də kreditin aylıq ödənişini (əsas məbləğ + faiz) hesablayan xüsusi bir funksiya vardır. Funksiyanın adı PMT-dir. Bu funksiyanın sintaksisi aşağıdakı kimidir

=PMR(Faiz,ödəniş aylarının sayı, -kreditin ümumi məbləği)

Bu parametrlərdən birincidən başqa digər ikisi adi qaydada qeyd olunur (yalnız sonuncu parametrə,kreditin ümumi məbləğinin qabağına mənfi işarəsi artırılmalıdır). Birinci parametr isə bir başa faiz şəklində yox, aya bölünərək alınır. Misal üçün əgər kreditin illik faizi 30%-dirsə və kredit 12 aylıq verilmişdirsə o zaman 30%/12 = 0.025 . Alınan nəticə birinci parametrin yerində qeyd olunur.

Yuxarıda qeyd olunanları nəzərə alsaq o zaman 1000 manat kredit 12 aylıq verilərsə və kreditin illik faizi 30% olarsa funksiyada bu aşağıdakı kimi qeyd olunmalıdır.

= PMT(0.025,12,-1000)=97.5

Beləliklə, yuxarıda qeyd olunan məlumatlarla sizin aylıq ödənişiniz 97.5 AZN təşkil edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər

4 ŞƏRH

Comments are closed.