7 C
Baku
Thursday, December 12, 2024

Daha bir bank təhlükə qarşısında

Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbin yekunlaşmasına artıq iki ay qalıb. Qoyulan tələbə əsasən ölkənin bir çox bankları kapitallarını artırmasına baxmayaraq, bəzi banklarda vəziyyət heç də qənaət baxş deyil. Vəziyyəti gərgin olan banklardan biri də DekaBankdır. Bank cari ilin üçüncü rübünə olan nəticələrini açıqlayıb. Belə ki, hesabatlarda vəziyyət heç də yaxşı deyil.

Bankın məcmu kapitalı

İlin əvvəlində məcmu kapitalı  23 501.477 min manat olan bank, bu rəqəmləri artırmaq əvəzinə biraz da geriləyib. Hesabatlar isə ikinci və üçüncü rübdə heç bir dəyişikliyin olmadığını göstərir.  Hazırda üçüncü rüb üzrə bankın məcmu kapitalı azalaraq 13 010.205 min manata olub.

Bankın aktivləri

Eyni vəziyyət Bankın aktivlərində də baş verib. Belə ki, birinci rüb bankın aktivləri 60 374.829 min manat təşkil edirdisə, üçüncü rüb aktivlər 48 549.889 min manata düşüb.

Bankın mənfəəti

Bankın vəziyyəti isə daha pis vəziyyətdədir. Belə ki, Bank zərərə işləyir. Cari ilin əvvəli  zərərin daha az olmasına baxmayaraq üçüncü rüb zərər birazda böyüyüb. İlin birinci rübü üzrə zərər -1 320.08 min manat təşkil edirdi.  Sonuncu, yəni üçüncü rüb Bankın zərəri daha da böyüyərək, -11 702.96 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər