2020-ci ilin III rübünün yekunlarına əsasən Xalq Bankın aktivləri 2 295.22 mln manat təşkil edib, bu göstərici ötən bir il ərzində 117.86 mln manat (5.41%) artıb. Bankın cəmi kapitalı isə cari il ərzində 29.27 mln manat (7.17%) artaraq 437.65 mln manata çatdırılıb.
Bankın müştərilərə verdiyi kreditlərin həcmi 1 oktyabr tarixə 1 537.60 mln manat təşkil edir, müştərilər tərəfindən yerləşdirilən depozitlər isə 1 539.47 mln manata çatır.
Bank III rübü 25.94 mln manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.78% daha artıqdır.
Maliyyə-təsərrüfat fəaliyyətinin cari ilin doqquz ayının nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu bir daha təsdiqləyir.