ABŞ-ın Ankara səfirliyi, Türkiyədəki “terror potensialı və qaçırılma” iddiaları üzərinə xidmətlərini dayandırdı.
Banker.az bu barədə “Habertürk”ə istinadən xəbər verir.
ABŞ səfirliyi İstanbul və Türkiyənin digər şəhərlərində olan Amerikalı və digər xarici vətəndaşların diqqətli olması barədə xəbərdarlıq edib.
ABŞ-ın Ankara, İstanbul, Adana və İzmir nümayəndəliklərindəki konsulluq prosedurlarının müvəqqəti dayandırıldığı açıqlanıb.