20.9 C
Baku
Monday, October 7, 2024

Cərəyanla ilk tanışlıqlar…

Elektrik cərəyanın sürəti demək olar ki, işıq sürətinə bərabərdir. 1746-cı ildə bu fakt hələ məlum olmadığı bir vaxtda fransız keşiş və fizik Jan-Antuan Nolle eksperimental olaraq cərəyanın sürətini ölçmək qərarına gəlir.

Beləliklə, o 200 rahibi yan-yana sıra ilə düzür, onları bir-biri ilə dəmir məftillərlə əlaqələndirir. Qeyd edək ki, bu məftillərin uzunluğu yarım kilometrə bərabər idi. Nolle bir il bu hadisədən əvvəl ixtira edilmiş leyden bankalarını bu məftilə birləşdirir. Bütün rahiblər elektrik cərəyanına eyni anda reaksiya verirlər ki, bu da Nolle-nin böyük təəccübünə səbəb olur.

Son xəbərlər
Digər xəbərlər