Bayden Rusiyanı ABŞ-ın ən böyük təhlükəsi adlandırıb

Demokratlar Partiyasının nümayəndəsi Co Bayden Rusiyanı ABŞ-ın ən böyük təhlükəsi adlandırıb. Siyasətçinin sözlərinə görə, Çin də Amerikanın rəqiblərindən biridir.

Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.

“Düşünürəm ki, hazırda Amerika üçün ən böyük təhlükə Rusiyadır. İkincisi, Çinin ən böyük rəqib olduğunu düşünürəm”, – deyə Bayden CBS-yə verdiyi müsahibədə söyləyib.

Xatırladaq ki, oktyabrın əvvəlində Demokratlar Partiyasına namizəd olan Kamala Harris Amerika qüvvələrinə qarşı hər hansı bir təhdid olduqda, Baydenin “Rusiyanı məsuliyyətə cəlb edəcəyini” söyləmişdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər