3 C
Baku
Saturday, December 14, 2024

AMB, ADİF və ABA erməni təxribatı ilə bağlı birgə açıqlama yaydı

Bütün cəbhələrdə məğlub olan düşmən öz xislətinə uyğun olaraq, çıxış yolunu müxtəlif xarakterli təxribatlarını davam etdirməkdə görür. Növbəti dəfə düşmən tərəfindən Azərbaycan Banklar Assosiasiyasının adından guya Ermənistanın ölkəmizə təcəvüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılması haqqında təxribat xarakterli və həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır.

Banker.az bildirir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Əmanətlərin Sığortalanması Fondunun açıqlamasında deyilir.

AMB, ABA və ADİF qətiyyətlə bu məlumatları təkzib edərək bir daha ölkə əhalisindən, bank müştərilərindən xahiş edirlər ki, çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına əhəmiyyət verməsinlər və bunu aciz düşmənin növbəti təxribatı olduğunu nəzərə alsınlar.

Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi hökm sürür, bütün bank-maliyyə institutları normal rejimdə fəaliyyət göstərir və bank-maliyyə infrastrukturu əhaliyə stabil xidmətlər göstərir.

Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislər tərəfindən uğurla dəf edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Son xəbərlər
Digər xəbərlər