17 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda yeni yaradılmış Holdinqin rəhbəri dəyişib

Azərbaycanda yeni təsis edilmiş holdinqin rəhbərliyində dəyişiklik olub.

Banker.az-a daxil olan məlumata görə, “MSDIS Holding” MMC-nin rəhbəri dəyişib.

“MSDIS Holding” MMC-nin direktoru 16 oktyabr 2020-ci il tarixindən Nağıyev Mirfəyyaz Oktay oğlu təyin edilib. Buna qədər Holdinqin direktoru Yusifov Sərdar İbrahim oğlu idi.

Xatırladaq ki, bu Holdinq 10 iyun 2020-ci il tarixdə Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb. “MSDIS Holding” MMC-nin nizamnamə kapitalı 20 000 manat təşkil edir və Bakı şəhəri Nərimanov rayonu, Xətai PR ev.34. ünvanında fəaliyyət göstərir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər