7 C
Baku
Sunday, December 15, 2024

“Ziraat Bank Azərbaycan”ın müştərilərə verdiyi kreditlər artıb, depozit portfeli kəskin böyüyüb

“Ziraat Bank Azərbaycan” 2020-ci ilin yanvar-sentyabr aylarını 1 milyon 940 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 3 milyon 8 min manat idi.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

ƏMƏLİYYAT MƏNFƏƏTİ EDİB

“Ziraat Bank Azərbaycan”ın 9 ayda cəmi gəlirləri 17 milyon 342 min manat, cəmi xərcləri 11 milyon 661 min manat olub. Gəlirlər xərcləri üstələdiyindən bankın 5 milyon 681 min manatlıq əməliyyat mənfəəti yaranıb. Ötən ilin müvafiq dövründə isə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 15 milyon 781 min manat, cəmi xərcləri isə 9 milyon 500 min manat təşkil etmişdir ki, bu da 6 milyon 281 min manat əməliyyat mənfəətinin yaranması deməkdir.

QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB

Bu ilin 9 ayı ərzində “Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri 12 milyon 805 min manat (illik müqayisədə 2% az), qeyri-faiz gəlirləri 4 milyon 537 min manat (64% çox), faiz xərcləri 4 milyon 562 min manat (29.2% çox), qeyri-faiz xərcləri 7 milyon 99 min manat (19% çox) olub.

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

2020-ci ilin yanvar-sentyabr aylarında “Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 280 milyon 487 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 11% artım deməkdir. Bunun 149 milyon 202 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda isə bu göstərici 145 milyon 434 min manat idi. Belə ki, bankın kredit portfeli 3% böyüyüb.

BANKIN DEPOZİT PORTFELİ BÖYÜYÜB

Bu ilin 9 ayı ərzində bankın cəmi öhdəlikləri 207 milyon 186 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 14% artımdır. Bankın depozit portfeli isə 135 milyon 160 min manat  təşkil edib. Ötən ilin sonunda isə “Ziraat Bank Azərbaycan”ın depozit portfeli 85 milyon 641 min manat olub. Beləliklə, bankın depozit portfeli 49 milyon 519 min manat və 58% artıb.

KAPİTALI ARTIB

30 Sentyabr 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 73 milyon 302 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 71 milyon 196 min manat kapitala malik idi. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın cəmi kapitalı 3% artıb.

Bildirək ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin “Ziraat Bank”ına, 0,01%-i “Ziraat Sıgorta” şirkətinə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

mn

516 2k 1

bh

 

btkpp

 

 

Son xəbərlər
Digər xəbərlər