7 C
Baku
Sunday, December 15, 2024

Yenə britaniyalılar…

Britaniyalı alimlərin apardığı son araşdırmaya görə sosial şəbəkələrdəki hesablara müəyyən rəng diapozonundan ibarət monoton avatar qoyularsa bu təqribən 2-3 həftə ərzində tədricən sosial şəbəkəyə qarşı marağınızın ölməsinə və iş qabiliyyətinizin yüksəlməsinə səbəb olacaq.

Bu araşdırmada 250 nəfərin iştirakı ilə 2 qrup yaradılır. Qeyd edək ki, qrup iştirakçıları ali təhsil müəssisələrinin tələbələri olmuşlar. İlk qrup öz profil şəkillərini əvvəllər olduğu kimi dəyişə bilərdilər. İkinci qrup isə onlara təklif edilən 6 rəngdən birini seçməli və sosial şəbəkələrdə avatar qismində istifadə etməli idilər.

Alimlərin təəccübünə əsasən, ikinci qrupda iş qabiliyyəti və həyatdan məmnunluq hissi 1-ci qrupdan fərqli olaraq 61% yüksəlmişdir. İkinci qrupun 34%-i qeyd etmişlər ki, indi onları tanımadığı insanlar daha az narahat edir və daha az dostluq təklifi qəbul edirlər. Həmçinin bu 2-ci qrup üzvlərinin bildirdiyinə əsasən indi onlar özlərini daha gümrah hiss etmiş və belə desək yuxuya doymuşlar.

Son xəbərlər
Digər xəbərlər