6 C
Baku
Sunday, December 15, 2024

Qırğızıstan Təhlükəsizlik Şurasının rəhbəri işdən çıxarıldı

Qırğızıstan Prezidenti vəzifəsini icra edən Sadır Japarov ölkənin Təhlükəsizlik Şurasının katibi Keneşbek Duyşebayevi vəzifəsindən azad edib.

Bu barədə Qırğızıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Sadır Japarovun imzaladığı fərmana görə, Duyşebayev Keneşbek Asanbekoviç Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib”,- deyə məlumatda bildirilib.

Xatırladaq ki, K. Duyşebayev bu vəzifəyə 15 oktyabrda təyin edilmişdi.

Qeyd edək ki, Qırğızıstanda 5 oktyabrda parlament seçkilərinin nəticələrinə qarşı başlayan kütləvi etirazlar 15 oktyabrda Prezident Sooronbay Jeenbekovun könüllü istefasından sonra dayanıb.

Dövlət başçısının səlahiyyətləri isə Baş Nazir Sadır Japarova keçib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər