Rusiyada koronavirusla mübarizə tədbirləri sərtləşdirilib. Verilən məlumata görə, “Rospotrebnadzor” böyük sıxlıq olan yerlərdə (ictimai nəqliyyat vasitələri, parkinq yerləri, liftlər) maska rejimini tətbiq edəcək.
Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.
Yeni qərar oktyabrın 28-də qüvvəyə minəcək.
Bundan əlavə, qurum əyləncə tədbirlərinin qadağan edilməsi və kafelərin iş qrafikinin saat 23:00-dan 6:00-dək məhdudlaşdırılması barədə qərar qəbul edib.
Eyni zamanda ictimai nəqliyyat vasitələrində, restoranlarda, mağazalarda və teatrlarda dezinfeksiya rejimi gücləndiriləcək.