13 C
Baku
Sunday, November 24, 2024

Səudiyyə Ərəbistanı İslam bankçılığına keçir

Səudiyyə Ərəbistanın nəhəng bankı din xadimlərinin iradları əsasında yaxın 5 ildə tammailə İslam bankçılığı modelinə keçməyi qərara alıb. Dövlət bankının qərarı 6 milyard dollar həcmində edilən IPO fonunda qəbul edilmişdir ki, bu da ərəb maliyyə tarixində ən iri həcmli səhm yerləşdirilməsidir.

Aktivləri 116 milyard dollar təşkil edən National Commercial Bank özündə həm İslam bankçılığı, həm də müəyyən qərb bank prinsiplərini birləşdirir.

Krallığın ali dini orqanı olan Üləmaların ali şurasının bir neçə üzvləri bildirmişlər ki, səhmlərin investisiyalaşdırılması mümkün deyil. Belə ki, bankın biznesinin böyük bir hissəsi İslam qaydalarına uyğun gəlmir.

Qeyd edək ki, İslam dininə əsasən, faizdən gəlir əldə etmək yolverilməz hal hesab olunur.

Biznes müqavilələri real ticarətə əsaslanmalı və şəriətdə qadağan edilmiş cəhətlərlə bağlı olmamalıdır. Məsələn, qumar oyunları və yaxud spirtli içkilər.

İslam bankçılığı müasir anlayış kimi XX əsrin 60-cı illərində Misirdə peyda olub. Həmçinin bu zamanda Malayziyada da onun əlamətlərini görmək mümkün idi. İslam bankçılığının növbəti inkişafını 1975-ci ildə BƏƏ-də görmək mümkündür. Belə ki, bu zaman Dubai Islamic Bank yaradılır.

Əsas olaraq İslam bankçılığı metodlarına əsaslanan maliyyə təşkilatları Malayziya və Yaxın Şərqin ölkələrində, həmçinin Londonda da geniş yayılmışdır. Böyük britaniya hətta İslam istiqrazlarının buraxılması planlarını da dilə gətirmişdir.

Son xəbərlər
Digər xəbərlər