12 C
Baku
Friday, November 1, 2024

Bill Gates koronavirusa qarşı ilk peyvəndlərin “qüsurlu” olacağını istisna etmir

“Microsoft”un təsisçisi Bill Gates, sınaqların bütün mərhələlərindən keçmiş koronavirusa qarşı preparatların gələn ilin əvvəlində hazır olacağını söyləyib.

Banker.az xəbər verir ki, o bu proqnozunu “Yahoo Finance”ın baş redaktoruna verdiyi müsahibədə səsləndirib.

“Bəxtimiz gətirsə, hazırda sınaqların üçüncü mərhələsində olan altı preparatdan iksi-üçü artıq əlimizdə olacaq. “Pfizer” şirkəti bu sahədə liderlik edəcək, çünki onun peyvəndlərin hazırlanması sahəsində kifayət qədər təcrübəsi var”, – Gates söyləyib.

Milyarder həmçinin “AstraZeneca”, “Johnson & Johnson”, “Novavax”, “Moderna” və “Sanofi” kimi şirkətlərin adlarını çəkdi.

Bill Gates-in fikrincə, ilk peyvəndlər “qüsurlu” ola bilər.

“Onlardan ilk iksi-üçü təsdiqlənsə də, xəstəliyin qarşısının alınmasına və virusun ötürülməsində effektivlik ideal olmaya bilər”, – sahibkar əlavə edib.

Xatırladaq ki, Bill Gates pandemiyanın sonu ilə bağlı bir neçə dəfə proqnoz verib. Belə ki, “Fox” kanalına verilən müsahibədə iş adamı pandemiyanın ən yaxşı halda 2022-ci ildə bitəcəyini söyləmişdir.

Onun sözlərinə görə, virusun yayılması göstəricilərini aşağı salmaq üçün mübarizə tədbirlərinə qlobal yanaşmaq lazımdır.

“Allaha şükürlər olsun ki, peyvənd texnologiyası artıq əlimizdədir, sınaqlar maliyyələşdirilir, dünyanın ən yaxşı mütəxəssisləri bu işə qoşulub. Düşünürəm ki, bu əbədi davam etməyəcək”, – Gates qeyd edib.

Son xəbərlər
Digər xəbərlər