6 C
Baku
Sunday, December 15, 2024

Tramp qaçqınların qəbulu ilə bağlı limiti rekord həddə azaldıb

ABŞ prezidenti Donald Tramp 2021-ci maliyyə ilində (oktyabrın 1-dən başlayır) sığınacaq verəcəyi qaçqınların sayını 15 min nəfərə qədər azaldıb. Bu, 1980-cı ildən bəri minimum göstəricidir.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

“2021-ci maliyyə ili dövründə ABŞ-a 15 minə qədər qaçqının qəbulu milli maraqlara cavab verən humanizm ideyasına əsaslanır”, – sənəddə deyilir. Prezidentin vurğuladığı kimi, “böyük narahatlıq doğuran hallar” istisna olunmaqla bundan sonra ABŞ Yəmən, Suriya və Somali kimi ölkələrdən olan şəxsləri qaçqın kimi qəbul etməyəcək.

Xatırladaq ki, 2020-ci maliyyə ilində ABŞ-ın qaçqınların qəbulu limiti 18 min nəfər təşkil etmişdir və 2019-cu il ilə müqayisədə iki dəfə azaldılmışdır.

“The Washington Post” qəzeti qeyd edir ki, 15 min nəfər son onillikdə qeydə alınan minimum göstəricidir.

Son xəbərlər
Digər xəbərlər