2 C
Baku
Saturday, December 14, 2024

Şirkətlərin bank hesablarındakı pulları yenidən azalıb

Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2020-ci ilin sentyabr ayında 144 milyon 600 min manat azalaraq 11 milyard 661 milyon 400 min manata düşüb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bir il ərzində isə hüquqi şəxslərin banklardakı depozitləri 90 milyon 100 min manat artıb. Belə ki, ötən ilin eyni dövründə hüquqi şəxslərin banklardakı cəmi depozitləri 11 milyard 571 milyon 300 min manat olub.

Sentyabrda hüquqi şəxslərin müddətli depozitləri 271 milyon 300 min manat azalaraq 1 milyard 934 milyon 800 min manat təşkil edib, tələbli depozitlər isə 126 milyon 700 min manat artaraq 9 milyard 599 milyon 900 min manat olub.

Son xəbərlər
Digər xəbərlər