2020-ci ilin sentyabr ayında Azərbaycanda banklar tərəfindən 2 640 bankomat quraşdırılıb. Ötən ilin müvafiq dövründə isə quraşdırılan bankomatların sayı 2 592 olub. 2019-cu ilin eyni dövrünə nisbətən bu il 48 yeni bankomat quraşdırılıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ilin avqust ayında isə cəmi bankomatların sayı 2 608 olub. Belə ki, aylıq müqayisədə 32 yeni bankomat quraşdırılıb.
Bakıda sentyabrda bankomatların sayı 1 383, regionlarda isə 1 257 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 0.1% azalıb, regionlarda olan bankomatların sayı isə 4% artıb.