Bank müştərilərinin kredit hesablarının sayı artmaqda davam edir

Azərbaycanda müştəri hesablarının sayı 2020-ci ilin sentyabr ayına 20 milyon 630 min 94 ədəd təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrüylə müqayisədə 11% artım deməkdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Sentyabrda cari hesabların sayı 198 min 522 artaraq 17 milyon 603 min 427-ə, kredit hesablarının sayı 49 min 656 artaraq 2 milyon 690 min 705-ə, depozit hesablarının sayı isə 36 min 485 artaraq 335 min 962-ə yüksəlib.
Bu ilin sentyabr ayında fiziki şəxslərin cari hesablarının sayı 17 milyon 345 min 110, hüquqi şəxslərin cari hesablarının sayı 258 min 317 olub.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər