Bu il sentyabr ayının 1-nə Azərbaycanda kredit qoyuluşu 14 milyard 873.7 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bunun 2 milyard 642 milyon manatı və yaxud 17.8%-i dövlət banklarının, 11 milyard 855 milyon manatı və yaxud 79.7%-i özəl bankların, 376.6 milyon manatı və yaxud 2.5%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.
Azərbaycanda BOKT-lərin kredit qoyuluşunda payı sentyabr ayında 2.5%-ə düşüb. BOKT-lərin kredit qoyuluşundakı payı bu ilin avqust ayının yekununda 2.6% təşkil edib.