Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır

Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Son xəbərlər
Digər xəbərlər