2 C
Baku
Sunday, December 15, 2024

Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək

Cümə günü Özbəkistanın Səmərqənd şəhərində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.

“TASS” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi nümayəndə heyətlərinin, habelə MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətlərinin iştirakı planlaşdırılır”, – məlumatda qeyd olunur.

“MDB iştirakçısı olan dövlətlərin hərbi nümayəndə heyətlərinin rəhbərləri qarşılıqlı maraq doğuran müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək, habelə MDB ölkələrinin sərhədlərinin perimetri üzrə yaranmış hərbi-siyasi vəziyyətə dair fikir mübadiləsi aparacaqlar”, – Rusiya Müdafiə Nazirliyində əlavə ediblər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər