21.6 C
Baku
Monday, October 7, 2024

Bir həkimin danışdıqlarından…

Bir neçə il əvvəl xəstəxanada könüllü olaraq işləyirdim və burada Liza adlı kiçik bir qızla tanış oldum. Bu qız nadir və ciddi xəstəlikdən əziyyət çəkirdi. Onun xilas olmaq üçün yeganə şansı əvvəllər bu xəstəliyə məruz qalmış və bədənində xəstəliyə qarşı antitel yaranmış 5 yaşlı qardaşından ona qan köçürülməsi idi. Həkim 5 yaşlı qardaşa ondan nə tələb edildiyini başa salır və ondan bacısına öz qanını verməyə hazır olub olmadığını soruşur. O bir saniyə belə tərəddüd etmir və deyir: “Əgər bu onun həyatını xilas edəcəksə, mən hazıram”.

Qan köçürüldüyü müddətdə 5 yaşlı qardaş da bizim kimi qızın solğun yanaqlarına qırmızı rəngin necə geri döndüyünü və gülümsəməyə başladığını müşahidə edirdik. Lakin bundan sonra o qəfil olaraq həkimə tərəf çöndü və titrəyən səsi ilə soruşdu: “Mən tezliklə öləcəm hə?”.

Biz hamımız daha sonradan öyrəndik ki, azyaşlı uşaq həkimi düzgün şəkildə başa düşməyib və elə sanıb ki, onun bacısının xilas olması üçün onun bütün qanına ehtiyac var. Lakin bununla belə uşaq tərəddüd etmədən razı olmuşdu. Hazırda yetkin insanların bəziləri isə bu fədakarlıq hissinə sahib deyillər.

Son xəbərlər
Digər xəbərlər