24 C
Baku
Friday, September 27, 2024

Erməni təcavüzü nəticəsində 7 ailə məhv olub

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev məlumat verib.

O, bildirilib ki, sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb, 7 ailə tamamilə məhv olub. Dünyasını dəyişmiş mülki vətəndaşların 26-ı Gəncə, 17-si Tərtər, 8-i Goranboy və ətraf əraziləri, 7-i Ağdam, 27-i Bərdə, 3-ü Füzuli, 2-si Beyləqan, 1-i isə Ağcabədi rayonundandır.

Həmçinin Kamran Əliyev 27 sentyabrdan bu günə kimi Ermənistana qarşı ümumilikdə 52 cinayət işi başladılmasını da qeyd edib.

Son xəbərlər
Digər xəbərlər