10 C
Baku
Thursday, December 12, 2024

“Bizdə şübhə var ki, kilsənin atəşə tutulması bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər”

“Bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər”.

Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə endirilib” sualına cavabında deyib.

“Xristianlar öz kilsələrinə atəş açıblar” sualına cavab olaraq Azərbaycan dövlət başçısı bunun kiçik ziyan olduğunu, kilsənin dağılmadığını bildirib: “Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu, bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq. Biz onu bərpa etmişik.

Prezident “Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi dağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz” sualını isə belə cavablandırıb: “Mən bilmirəm. Ola bilsin. Ola bilsin ki, bu, baş versin, niyə də yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır”.

Son xəbərlər
Digər xəbərlər