15 C
Baku
Sunday, November 24, 2024

Avropada ilk dəfədir ki, elektrokarların satışları dizel mühərrikli avtomobilləri ötdü

2020-ci ilin sentyabrında Avropada ilk dəfədir ki, elektrikli nəqliyyat vasitələrinin satışları dizel mühərrikli avtomobillərdən çox olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Lakin buna baxmayaraq, elektrikli avtomobillər benzin mühərrikli avtomobillərlə hələ də rəqabət apara bilmirlər.

Qeyd edək ki, Avropada ən populyar elektrikli avtomobil Tesla Model 3-dür. Sentyabr ayında avropalılar 15 mindən çox Model 3 alıblar. Populyarlığa görə ikinci yerdə Renault ZOE (11 min), üçüncü yerdə isə Volkswagen ID.3 (təxminən 8 min) tutur.

Ümumilikdə , 2020-ci il sentyabr ayının sonunda Avropada 1,3 milyon avtomobil satılıb. Onların 47%-i benzin mühərrikli olub. Dizel və elektrikli nəqliyyat vasitələrinin payları təxminən 25% təşkil edir – 38 min və 323 min satış.

Elektrikli nəqliyyat vasitələri kateqoriyasına tədqiqatçıları yalnız batareyalarla işləyən avtomobilləri deyil, həmçinin hibrid və daxili yanma mühərrikli olan modelləri də daxil edirlər.

Xatırladaq ki, oktyabr ayında elektrik avtomobillərin istehsalı üzrə “Tesla” liderlik edib.

Son xəbərlər
Digər xəbərlər