10 C
Baku
Wednesday, December 11, 2024

İT, təlim və dəstək şöbəsində baş mütəxəssis (İcbari Sığorta Bürosu)

TƏLƏBLƏR:

• Kompüter elmləri sahəsində ali təhsil (bakalavr dərəcəsi) və proqram təminatının hazırlanması və dizaynı üzrə minimum 3 il iş təcrübəsi;
• Microsoft Windows & Linux əməliyyat sistemlərində işləmək bacarığı
• Tələb olunan proqramlaşma dilləri C#, .NET, Winforms/WPF, SQL Server, XML
• ASP.NET Web application framework-də işləmək təcrübəsi
• Data structures design, algoritmlərin yazılması və object oriented proqramlaşma
• Azərbaycan və rus dillərində yaxşı səviyyədə, İngilis dilində texniki səviyyədə bilmə
• Əla ünsiyyət qurma və komandada işləmək bacarığı.

İşin təsviri:

• İşin avtomatlaşdırılmış idarə edilməsi üçün proqram təminatının yaradılması və mövcud proqramların təkmilləşdirilməsi;
• Elektron informasiya sistemlərinin qurulması, istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmətlə bağlı işlərin həyata keçirilməsi;
• Qurulmuş, istifadədə olan sistemlərin öyrənilməsi, təkmilləşdirilməsi, proqram təminatlarının installyasiya edilməsi;
• Məlumatlar bazasınının idarə edilməsi, monitorinqinin təşkili;
• İT infrastrukturunun dizaynı, şəbəkə avadanlıqlarının quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• İnformasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və məlumatların məxfiliyinin qorunması üçün müvafiq tədbirlərin görülməsi;
• İnformasiya resurslarının idarə edilməsinə nəzarət edilməsi və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 27.11.2014 – cü il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər