7 C
Baku
Thursday, December 12, 2024

Xəzinədarlıq departamentinin direktoru (Parabank)

TƏLƏBLƏR:

o Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
o Müstəqilliyi qorumaq qabiliyyəti;
o Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
o Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
o Hesabatın hazırlanması və yazışma bacarığı;
o Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
o Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
o Bu vəzifədə ən az 3 illik iş təcrübəsi
o Ünsiyyət qurabilmə qabiliyyəti;
o Etikalı olmaq;

İŞÇININ VƏZIFƏSI:

• Xəzinədarlıq işinin təşkili üzrə bacarıqlara malik olması;
• Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində yüksək səviyyəli səriştəyə malik olması;
• Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
• Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
• Departament işlərini planlaşdırma bacarığına malik olması;
• Bankın maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması və qiymətləndirilməsini təşkil etməsi;
• Risklərin idarə edilməsi, nəzarət və idarəçilik proseslərinin səmərəliliyinin qiymətləndirilməsinə əsaslanan daxili audit planını hazırllama;
• Departament tərəfindən verilmiş tövsiyələrin icrasına nəzarəti həyata keçirmə;
• Departamentin Əsasnaməsindən irəli gələn və bu əsasnamə üzrə Audit Komitəsinin ona həvalə etmiş olduğu digər işləri görmə;
• Risklərin idarə edilməsi metodologiyasının tətbiqini və effektivliyini təhlil etmə;
• Korporativ idarəetmənin tətbiqini və effektivliyini təhlil etmə;
• Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və AMB-nin normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunmasını nəzarət etmə;

CV-ləri Xəzinədarlıq departamenti – Direktor  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər